“Mövsümün ən pis oyununu keçirdik”

“Mövsümün ən pis oyununu keçirdik”

"Abşeron Lions" klubunun baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının 13-cü turunda NTD üzərində qazanılan qələbəyə (100:93) baxmayaraq, mövsümün ən pis oyununu keçirdiklərini düşünür.

Sports.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, komandanın hazırda çətin vəziyyətdə olduğunu bildirib:

"Çox çətin bir həftə keçdi. Bu oyunu uduza da bilərdik. Çox pis vəziyyətdəyik. Səbəbi isə zədə və digər səbəblərdi. Arinze Çidom və Saadettin Donat zədə səbəbindən komanda ilə bərabər məşq etməyiblər. Gediminas Orelikin isə ailəsi ilə bağlı sağlamlıq problemləri var idi. Rəsul Məmmədzadə zəhərlənmişdi. Lamar onsuz da yeni qoşulub sıralarımıza. Gənclər də daxil olmaqla cəmi 7-8 oyunçu ilə məşq edə bildik. Ona görə bu həftə etdiyimiz məşqlər heç də oyuna hazırlıq kimi alınmamışdı. Oyunda da bu özünü göstərdi. Mövsümün ən pis oyununu oynadıq. Növbəti oyuna ən hazır durumda olmağa çalışacağıq".

"Abşeron Lions" - "NTD" matçı 100:93 hesabı ilə başa çatıb.

Son xəbərlər
Qalmaqallı finalda Seneqal millisi sevindi
“Barselona” səfərdə uduzdu
“Milan” 3 xalı tək qolla qazandı
“Nant” uduzdu, “Renn” xal itirdi
Son gündə iki heç-heçə
“Trabzonspor” və “Fənərbağça”dan qələbə
“Everton”a bir qol bəs etdi
“Yaxşı oyuna görə qələbə verilmir”
“Çelsi” “İnter”in müdafiəçisi ilə bağlı danışıqlara başladı
“Mövsümün ən pis oyununu keçirdik”
Yüksək Liqada 10-cu turun proqramı bəlli oldu
“Çelsi” “Renn”in müdafiəçisinə görə təklif hazırlayır
Turun son oyununda "Abşeron Lions" sevindi
“Abşeron”dan növbəti qələbə
“Tottenhem” “Yuventus”un hücumçusu ilə maraqlanır
“Heç bir planımızı gerçəkləşdirə bilmədik”
“Mançester Siti”dən La Liqa klubuna
“Paris” “Fiorentina”nın veteran hücumçusu ilə maraqlanır
“Yerli basketbolçular legionerlərdən geri qalmadılar”
“Çox qol vurduğumuza görə şadıq” - Sxadadze
“Tottenhem” “Vest Hem”in kapitanı ilə maraqlanır
“Sabah” “Şəki”yə qalib gəldi
“Mançester Siti” hücumçusu ilə vidalaşmağa hazırdır
“Atletiko” PSJ-nin yarımmüdafiəçisini istəyir
“Öyrənməli olduğumuz nüanslar var” - Demçenko
“Ayntraxt” “Qarabağ”la matçdan öncə Topmölleri istefaya göndərdi
“Araz-Naxçıvan” darmadağına sevindi
“Qəbələ” 7 qolla qalib gəldi
Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu oldu
“Atletiko” “Olimpik”in hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar