Digər
Yüksək Liqada 11-ci tura start veriləcək

28.01.2026 | 12:45
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 11-ci tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunacaq.
Saat 16:00-da "Neftçi" "Ordu" ilə üz-üzə gələcək. Saat 18:00-da isə "Murov Az Terminal" "Azərreyl"i qəbul edəcək.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Qeyd edək ki, 11-ci tura yanvarın 29-da yekun vurulacaq.
Son xəbərlər





























