Digər
“Ordu” “Neftçi”yə, “Azərreyl” “Murov Az Terminal”a qalib gəldi

28.01.2026 | 20:30
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 11-ci tura start verilib.
Sports.az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunub.
"Ordu" komandası "Neftçi"yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib.
"Azərreyl" isə"Murov Az Terminal"ı 3:0 hesabı ilə üstələyib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
11-ci tura yanvarın 29-da yekun vurulacaq.
Son xəbərlər





























