Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

Sports.az xəbər verir ki, sayca dördüncü dəfə təşkil olunan turnirin ilk günündə 6–8, 9–12 və 13–17 yaş kateqoriyalarını əhatə edən 80-ə yaxın gənc xizək həvəskarı "Nəhəng slalom" növü üzrə mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən, 6–8 yaş kateqoriyasında qızlar arasında Nurlana Abdulova, oğlanların mübarizəsində isə Muron Anatşov birinci olublar.

9–12 yaşlı idmançıların çıxışlarında Zarina Vəliyeva və Mehdi Haktari fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

13–17 yaş kateqoriyasında isə Lyudmila Podqornaya və Amin Şıxov ən yüksək nəticəni göstəriblər.

Turnirin yekununda qaliblər "Şahdağ" Turizm Mərkəzi tərəfindən kubok və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ölkədə xizək idmanın təşviqi, uşaqlar arasında bu sahəyə marağın artırılması, eləcə də "Şahdağ" Turizm Mərkəzinin beynəlxalq idman yarışlarının təşkili üzrə təcrübəsinin genişləndirilməsidir.

Böyüklər arasında Heydər Əliyev Kuboku fevralın 1-də keçiriləcək.

Son xəbərlər
“İmişli” “Benfika”nın yetirməsi ilə gücləndi
“Tottenhem” “Monako”nun hücumçusu ilə maraqlanır
Daha bir neçə rayonda “Məktəbli Kuboku” keçirilir
Avrokuboklar tarixində yeni rekord
“Liverpul” “İnter”in müdafiəçisini almaq niyyətindədir
“Sabah” “Abşeron Lions”u məğlub etdi
Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib
Sterlinq yeni klub seçməyə tələsmir
Dünyanın ən bahalı futbol akademiyaları
“Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu” - Rəşad Sadıqov
“Nottingem Forest” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
“Oyunun taleyi birinci hissədə həll olunmuşdu” - Dambrauskas
“Sabah” Zirədə 3 qolla qalib gəldi - VİDEO
Lukmanın taleyi həll edilir
“Zirə” “Sabah”a, “Kəpəz” “Şamaxı”ya uduzdu
“Kəpəz” “Şamaxı”ya belə uduzdu - VİDEO
Azərbaycan millisinin üzvü Serbiya klubuna keçdi
"Neftçi"nin yetirməsi "Şahdağ Qusar"da
Müdafiəçisi “Latsio”dan ayrıla bilər
“Üzücü məğlubiyyət aldıq” - Azər Bağırov
“Şamaxı” uduzan kimi milli komanda amili qabardılır” - Ayxan Abbasov
“İnter”in yarımmüdafiəçisi La Liqaya üz tuta bilər
“Sərhədçi”dən çətin qələbə
“Kəpəz”in futbolçusu mükafatlandırıldı
“Liverpul” və “Arsenal” “Real”ın yarımmüdafiəçisi uğrunda çəkişəcəklər
La Liqada ayın ən yaxşı futbolçusu açıqlandı
Ronaldodan 961-ci qol
“Mançester Yunayted”də kütləvi yenidənqurma gözlənilir
“Nyukasl”ın Bakıya gəlişi “ən uzun səfər” olacaq
“Qəbələ”də 25-ci qol, Premyer Liqada 4-cü het-trik
DAHA ÇOX

Ən çox oxunanlar