“Basketbolçularımdan çox məmnunam”

“Basketbolçularımdan çox məmnunam”

"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 15-ci turunda "Şəki" ilə ev oyununda basketbolçuların göstərdiyi performansdan məmnun qalıb.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis sıx təqvimə baxmayaraq komandasının çıxışını yüksək qiymətləndirib.

H.Atlı rəqibi təbrik edərək öz oyunçularına təşəkkürünü bildirib:

"Rəqibi mübarizə əzminə görə təbrik edirəm. Öz oyunçularıma da "sağ ol" düşür. Çünki sıx təqvimdən uğurla çıxdıq. Üç həftəlik dövrü istirahət etmədən keçiririk. Səfərdə, evdə oynadıq. Doğrudan da çətin durum idi. Bu mərhələni uğurla dəf etmək bizim üçün önəm daşıyırdı".

Baş məşqçi komandanın gələcək hazırlıqlarından da danışıb:

"Son tura daxil oluruq. Göstərdiyimiz oyunu ən yaxşı hala gətirmək üçün çalışmağa davam edəcəyik. Basketbolçularımdan çox məmnunam. Hamısının əziyyətini qiymətləndirirəm. Son mərhələdə də çatışmazlıqları aradan qaldırıb ən yaxşı şəkildə oyun nümayiş etdirmək üçün səylərimizi davam etdirəcəyik".

Qeyd edək ki, "Gəncə" - "Şəki" matçı meydan sahiblərinin 95:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar