Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirildi

Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirildi

Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Olimpiya mükafatçısı Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektor əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya mükafatçıları, yüksək nəticə göstərmiş məktəblilər və həmin məktəblərin direktorları iştirak ediblər.

Çıxış zamanı Çingiz Hüseynzadə məktəblilərin qazandıqları nailiyyətlərin Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını, idmanın gənclərin sağlam həyat tərzinin formalaşması və vətənpərvərlik ruhunun güclənməsində xüsusi rol oynadığını vurğulayıb.

Anar Qədiməliyev isə məktəblilərin idmana marağının artırılmasında məktəbdənkənar fəaliyyətlərin və müəllimlərin rolunu xüsusi qeyd edib.

Tədbirin sonunda 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub.
 

Son xəbərlər
“Arsenal” finalda!
“Barselona” yarımfinala yüksəldi
İlk yarımfinalçı “Bayer” oldu
Darmadağınla 1/4 finala yüksəldilər
“Milan”dan darmadağın
“Trabzonspor”dan darmadağın
Premyer Liqa klubunda yeni hücumçu
“Yuventus” Vlahoviçə qovuşdu
Matetanın “Milan”a keçidi baş tutmadı
“Əl-İttihad”ı “Əl-Hilal”a dəyişdi
“Xankəndi” 5 futbolçu ilə vidalaşdı
“Monako”nun hücumçusu Səudiyyə Ərəbistanına yollanacaq
Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirildi
AFFA “Sabah”, “Qarabağ” və “Neftçi”nin akademiyalarına baxış keçirib
“Barselona”nın yarımmüdafiəçisi iki nəhəngin təklifini rədd etdi
Gəncədə tanınmış güləşçilərin imza günləri keçirilir
Bakıda beynəlxalq turnirə start verildi
“Azərreyl”dən qələbə
Tonalinin agenti təkziblə çıxış etdi
Azərbaycan çempionatına start verildi
Həsənovdan 18-ci turdakı mübahisəli epizodlarla bağlı şərh - VİDEO
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
“Olimpik” müdafiəçisinə klubdan getməyi təklif etdi
1-ci Liqa klubu heyətini anqolalı futbolçu ilə gücləndirdi
1/4 final oyunlarına təyinatlar açıqlandı
“Qarabağ”la oyundan öncə kapitanla vidalaşdılar
Spallettidən Kolo Muani açıqlaması
“Roma”dan İspaniya klubuna
Bakıda UEFA-nın D kateqoriyalı məşqçi kursları keçiriləcək
“Araz-Naxçıvan”ın sabiq futbolçusu 1-ci Liqa klubunda
DAHA ÇOX

Ən çox oxunanlar