Digər
“Xilasedici” və “Neftçi”dən qələbə

04.02.2026 | 20:15
Kişi voleybolçuların Yüksək Liqasında 12-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Neftçi" "Murov Az Terminal"ı 3:0 (25:21, 25:22, 25:21), ardınca isə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.
Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Turun açılış matçında "Azərreyl" "Gənclər" komandasına 3:0 (25:15, 25:16, 25:13 hesabı ilə qalib gəlib.
Son xəbərlər





























