Digər
Yüksək Liqada 12-ci tura start verilir

05.02.2026 | 11:40
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək.
Sports.az xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutacaq.
"Turan" evdə "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.
Saat 16:00-da "Azərreyl" UNEC-lə, 18:00-da isə "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq. Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.
Son xəbərlər





























