Digər
“Abşeron” uduzdu, “Azərreyl” və “Turan” qalib gəldi

05.02.2026 | 20:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura start verilib.
Sports.az xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutub.
Əvvəlcə "Azərreyl" UNEC kollektivini 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə üstələyib. Ardınca "Turan" "Gəncə"ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), "Milli Aviasiya Akademiyası" isə "Abşeron"u 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə məğlub edib.
"Turan" - "Gəncə" matçı Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.
Son xəbərlər





























