Digər
12-ci turun daha bir oyunu keçiriləcək

06.02.2026 | 12:20
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci turun daha bir oyunu keçiriləcək.
Sports.az xəbər verir ki, "Murov Az Terminal" bu gün "DH Volley" komandasını qəbul edəcək.
Qarşılaşma saat 15:00-da "Murov Az Terminal"ın idman zalında start götürəcək.
Turun əvvəlki matçlarında "Azərreyl" UNEC-ə (3:1), "Turan" "Gəncə"yə (3:1) "Milli Aviasiya Akademiyası" isə "Abşeron"a (3:1) qalib gəlib.
Son xəbərlər





























