Azərbaycan Milli Olimpiya Komitəsindən BOK-a etiraz

Azərbaycan Milli Olimpiya Komitəsindən BOK-a etiraz

Azərbaycan Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan "Arsax" adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Sports.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, "Arsax" ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri ilə bağlı Ermənistanın apradığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir. Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.

Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.

Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.

Son xəbərlər
Messi “Barselona”nın prezident seçkilərindən kənar mövqe tutub
Premyer Liqada yanvar ayının ən yaxşı qolu müəyyənləşdi
Yenə 4 qol
“Real” Konate ilə bağlı seçiminə qayıda bilər
Kubokda 10-cu, evdə 5-ci
60-cı qələbə
İngiltərəli futbol agentləri “Milan”la əməkdaşlıqdan qaçırlar
Azərbaycan cüdoçuları üçün seminar
Millimiz Gürcüstan yığmasına məğlub oldu
“Barselona” qapıçısı ilə yollarını ayıra bilər
Azərbaycan Milli Olimpiya Komitəsindən BOK-a etiraz
Daha 2 komandaya texniki məğlubiyyət verildi
“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi ilə maraqlanır
Premyer Liqa klubları cərimələndi
Super Liqa klubunda yeni baş məşqçi
“Liil” “Qaziantep”in baş məşqçisinə göz dikib
“Beşiktaş”dan növbəti transfer
Şəhriyarla Rauf mübarizəyə 1/8 finaldan başlayacaq
Ançelotti Endriklə bağlı qərar qəbul etdi
“Qarabağ” ÇL üçün iştirak ərizəsində dəyişiklik etdi
Rodriqo “Benfika” ilə oyunları buraxacaq
“Real” “Komo”nun ulduzunu heyətinə qatır
Günün oyunları – TV
12-ci turun daha bir oyunu keçiriləcək
PSJ Neymara təbrik ünvanladı
“Naxçıvan”la “Ordu” üz-üzə
“Nyukasl”ın yarımmüdafiəçisi xidmətini “Real”a təklif etdi
“Yuventus” Ronaldonu təbrik etdi
Murilyo “Olimpik”i tərk edəcək
Flik Levandovskinin gələcəyi ilə bağlı qərar qəbul etdi
DAHA ÇOX

Ən çox oxunanlar