Digər
“DH Volley”dən növbəti qələbə

06.02.2026 | 20:40
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan "DH Volley" komandası 3:0 (25:22, 25:17, 25:21) hesablı qələbəyə sevinib.
Matç "Murov Az Terminal"ın idman zalında baş tutub.
Turun əvvəlki matçlarında "Azərreyl" UNEC-ə (3:1), "Turan" "Gəncə"yə (3:1) "Milli Aviasiya Akademiyası" isə "Abşeron"a (3:1) qalib gəlib.
Son xəbərlər





























