Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək

Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək

Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Sports.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda oğlanlar arasında 10, qızlar arasında 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 (244 oğlan, 32 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə fevralın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

U-19 Azərbaycan çempionatının supervayzeri özbəkistanlı Aleksandr Hamidov, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Veronika Şuks (Macarıstan), Dmitri Meliss (Estoniya), Mişel Buriqo Paulo (Braziliya), Pavlov Pavel Petkov (Bolqarıstan), Qo Çjan (Çin) və Bekjon Yusupov (Özbəkistan) da idarə edəcəklər.

Qeyd edək ki, Boks Mərkəzində təşkil olunacaq turnirə fevralın 9-da start veriləcək.

Son xəbərlər
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
“Yuventus” “Leypsiq”in yarımmüdafiəçisi ilə maraqlanır
“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
“Bəlkə bir futbolçu ilə gücləndik” - Rəşad Sadıqov
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
“Milan” “Partizan”ın hücumçusu ilə maraqlanır
“Neftçi” “Sabah”a uduzdu
“Sabah” və “Zirə”dən qələbə
“Son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik”
Safonovun PSJ-də ən yaxşı dostu məlum oldu
“Sabah”dan darmadağın - VİDEO
“Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil” - Dambrauskas
Rosenyor Barkonu “Çelsi”də görmək istəyir
“Hücum oyunu oynamaq istədik, amma alınmadı” – Demçenko
“Şəki” ilə matçda yerli oyunçulara da üstünlük verdik”
Xulian Alvares uğrunda mübarizə qızışır
“İstedadların seçimi” turnirinin ilk turu başa çatdı
Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək
“Barselona” məzununu kluba qaytara bilər
Parabadmintonçularımız üçün Manama sınağı
“Abşeron Lions” “Şəki”yə qalib gəldi
“Bayern” və MY Berçimas uğrunda çəkişəcəklər
“Liverpul”un yarımmüdafiəçisi “Komo”ya keçə bilər
Palmerdən rekord göstərici
“İnter” baş məşqçisi ilə müqaviləsini yeniləməyə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar