“Son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik”

“Son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik”

Azərbaycan Basketbol Liqasının 16-cı turunda baş tutan "Abşeron Lions"la matçda "Şəki"nin ən böyük çatışmazlığı ribaundları ala bilməməsi olub.

Sports.az xəbər verir ki, bunu baş məşqçi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib:

“Rəqibi qələbəyə görə təbrik edirəm. Bu gün yaxşı oynadığımızı düşünürəm, tamaşaçılar üçün yüksək səviyyəli və maraqlı matç oldu. Ən böyük çatışmazlıq ribaundları ala bilməməyimiz oldu. Rəqibimiz belə şanslardan 28 xal topladı ki, bu da çox böyük rəqəmdir".

Təcrübəli mütəxəssis oyunun həlledici anlarına da toxunub:

"Üçüncü periodda 10 xal geri düşsək də, sonradan hesabı bərabərləşdirdik, hətta sona iki dəqiqə qalmış önə keçdik. Lakin son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik. Bunlar olmasaydı, qalib gələ bilərdik. Amma A qrupunun liderlərindən birinə qarşı göstərdiyi mübarizəyə görə oyunçularımdan razıyam. Mübarizə aparmağa davam edəcəyik".

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən oyun "Abşeron Lions"un 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
“Yuventus” “Leypsiq”in yarımmüdafiəçisi ilə maraqlanır
“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
“Bəlkə bir futbolçu ilə gücləndik” - Rəşad Sadıqov
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
“Milan” “Partizan”ın hücumçusu ilə maraqlanır
“Neftçi” “Sabah”a uduzdu
“Sabah” və “Zirə”dən qələbə
“Son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik”
Safonovun PSJ-də ən yaxşı dostu məlum oldu
“Sabah”dan darmadağın - VİDEO
“Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil” - Dambrauskas
Rosenyor Barkonu “Çelsi”də görmək istəyir
“Hücum oyunu oynamaq istədik, amma alınmadı” – Demçenko
“Şəki” ilə matçda yerli oyunçulara da üstünlük verdik”
Xulian Alvares uğrunda mübarizə qızışır
“İstedadların seçimi” turnirinin ilk turu başa çatdı
Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək
“Barselona” məzununu kluba qaytara bilər
Parabadmintonçularımız üçün Manama sınağı
“Abşeron Lions” “Şəki”yə qalib gəldi
“Bayern” və MY Berçimas uğrunda çəkişəcəklər
“Liverpul”un yarımmüdafiəçisi “Komo”ya keçə bilər
Palmerdən rekord göstərici
“İnter” baş məşqçisi ilə müqaviləsini yeniləməyə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar