Azərbaycan karateçilərindən Limassolda 6 medal

Azərbaycan karateçilərindən Limassolda 6 medal

6-8 fevral 2026-cı il tarixlərində Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilib.

Sports.az xəbər verir ki, nüfuzlu turnirdə 50-yə yaxın ölkədən təxminən 1500 idmançı iştirak edib.

Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub. Milli komandamız Avropa birinciliyində uğurlu çıxışı ilə yadda qalıb və ümumilikdə 6 medal qazanıb.

Yarışın ilk günlərində Azərbaycan karateçiləri 4 bürünc medala sahib olublar. Belə ki, Salmanov Salman – kata növü üzrə, Əhmədzadə Cansu – gənclər arasında -66 kq, Abasov Rəvan – gənclər arasında -61 kq, Dostuyev Aslan – gənclər arasında -60 kq çəki dərəcələrində üçüncü yeri tutaraq bürünc medal qazanıblar.

Fevralın 8-də keçirilən final görüşlərində isə Azərbaycan komandası medal hesabını daha da artırıb. Məlikov Ələddin gənclər arasında -68 kq çəki dərəcəsində finalda qalib gələrək qızıl medal, Qənbərov Vüsal isə 55 kq çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medal əldə edib.

Beləliklə, Limassolda keçirilən Avropa birinciliyində Azərbaycan karateçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.

Bu nəticə Azərbaycan karateçiləri üçün həm beynəlxalq təcrübə baxımından, həm də Avropa səviyyəsində əldə olunan növbəti mühüm uğur kimi qiymətləndirilir.

Son xəbərlər
“İnter” qalib gəldi, “Yuventus” xal itirdi
PSJ 3 xalı 5 qolla qazandı
“Beşiktaş”dan heç-heçə, “Qalatasaray”dan darmadağın
“Bayern”dən darmadağın
“Mançester Siti” “Liverpul”a qalib gəldi
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Yeniyetmələr arasında ölkə çempionatının qalibləri bəlli oldu
Azərbaycan karateçilərindən Limassolda 6 medal
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
“Yuventus” “Leypsiq”in yarımmüdafiəçisi ilə maraqlanır
“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
“Bəlkə bir futbolçu ilə gücləndik” - Rəşad Sadıqov
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
“Milan” “Partizan”ın hücumçusu ilə maraqlanır
“Neftçi” “Sabah”a uduzdu
“Sabah” və “Zirə”dən qələbə
“Son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik”
Safonovun PSJ-də ən yaxşı dostu məlum oldu
“Sabah”dan darmadağın - VİDEO
“Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil” - Dambrauskas
Rosenyor Barkonu “Çelsi”də görmək istəyir
“Hücum oyunu oynamaq istədik, amma alınmadı” – Demçenko
“Şəki” ilə matçda yerli oyunçulara da üstünlük verdik”
Xulian Alvares uğrunda mübarizə qızışır
“İstedadların seçimi” turnirinin ilk turu başa çatdı
DAHA ÇOX

Ən çox oxunanlar