MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşdü

MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri İtaliyada təşkil olunan 25-ci Qış Olimpiya Oyunları çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.

Sports.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Milanda yerləşən Atletlər kəndində olublar.

Rəsmilər Olimpiya kəndində məskunlaşan nümayəndə heyətinin üzvləri və ölkəmizi təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevlə görüşüblər. Şef de-mission Anar Bağırov kənddə yaradılan şərait, idmançıların hazırlıq prosesi, məskunlaşma və qidalanma barədə ətraflı məlumat verib.

Görüş zamanı yarışlara hazırlığın gedişi müzakirə edilib, mövcud imkanlar müsbət qiymətləndirilib. MOK və federasiya rəhbərliyi idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə inandıqlarını bildirərək onlara uğurlar arzulayıblar.

Azərbaycan Qış Olimpiya Oyunlarında iki idmançı – fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəkçisi Anastasiya Papatoma ilə təmsil olunur.

Fevralın 22-dək davam edəcək Olimpiadada 92 ölkədən 3 minə yaxın idmançı mübarizə aparır.

Son xəbərlər
“İnter” qalib gəldi, “Yuventus” xal itirdi
PSJ 3 xalı 5 qolla qazandı
“Beşiktaş”dan heç-heçə, “Qalatasaray”dan darmadağın
“Bayern”dən darmadağın
“Mançester Siti” “Liverpul”a qalib gəldi
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Yeniyetmələr arasında ölkə çempionatının qalibləri bəlli oldu
Azərbaycan karateçilərindən Limassolda 6 medal
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
“Yuventus” “Leypsiq”in yarımmüdafiəçisi ilə maraqlanır
“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
“Bəlkə bir futbolçu ilə gücləndik” - Rəşad Sadıqov
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
“Milan” “Partizan”ın hücumçusu ilə maraqlanır
“Neftçi” “Sabah”a uduzdu
“Sabah” və “Zirə”dən qələbə
“Son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik”
Safonovun PSJ-də ən yaxşı dostu məlum oldu
“Sabah”dan darmadağın - VİDEO
“Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil” - Dambrauskas
Rosenyor Barkonu “Çelsi”də görmək istəyir
“Hücum oyunu oynamaq istədik, amma alınmadı” – Demçenko
“Şəki” ilə matçda yerli oyunçulara da üstünlük verdik”
Xulian Alvares uğrunda mübarizə qızışır
“İstedadların seçimi” turnirinin ilk turu başa çatdı
DAHA ÇOX

Ən çox oxunanlar