Bakıdakı DÇ-yə daha iki komanda vəsiqə qazandı

Bakıdakı DÇ-yə daha iki komanda vəsiqə qazandı

Argentinada başa çatan Cənubi Amerika çempionatının nəticələrinə əsasən, bu ilin iyununda Azərbaycanda təşkil olunacaq çövkən üzrə dünya birinciliyində iştirak edəcək növbəti yığmalar müəyyənləşib.

Sports.az xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən qitə turnirinin qalibi olan Uruqvay və ikinci yeri tutan Çili komandaları Bakıdakı yarışda iştirak hüququ əldə ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın final qarşılaşmasında Uruqvay yığması Çili komandasını 3:2 hesabı ilə məğlub edərək qitə çempionu adını qazanıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə Argentina Kolumbiyaya eyni hesabla qalib gələrək bürünc medallara sahib çıxıb.

Çövkən üzrə 2-ci dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Mundialda ümumilikdə 9 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.

Son xəbərlər
“Vilyarreal”dan darmadağın
“Roma”dan inamlı qələbə
“Fənərbağça”dan inamlı qələbə
“Barselona” baş məşqçisini itirə bilər
“Turan Tovuz”dan növbəti qələbə - VİDEO
"Azarkeşlərdən üzr istəyirəm" - Berdıyev
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
“Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm” - Füzuli Məmmədov
Azərbaycan çempionatının ilk günündə 41 döyüş
“Turan Tovuz”dan qələbə
MOK erməni idmançılarla bağlı müraciətinə müsbət cavab aldı
Gəncədə Azərbaycan çempionatına start verildi
“Qalatasaray”ın yetirməsi “Zirə”də
MLS klubu “Barselona”nın ulduzuna müqavilə təklif etdi
“Heç-heçə qənaətbəxş nəticədir”
“Real” əsas yay transfer hədəfini müəyyənləşdirdi
“Heç kim istəməzdi ki, belə hadisə olsun” - Azər Bağırov
“Real” “yeni Niko Uilyams”ı gözaltı edib
“İmişli” və “Kəpəz”dən heç-heçə - VİDEO
“Bayern” Nikolas Ceksonla bağlı qərar qəbul etdi
"Barselona"nın prezidenti vəzifəsindən istefa verdi
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Millimiz Gürcüstana ikinci oyunda da uduzdu
"Nyukasl" – "Qarabağ": azərbaycanlı azarkeşlər üçün biletlərin qiyməti açıqlandı
“Liverpul” “Bayer”ə satdığı məzununu geri qaytarmaq istəyir
Azərbaycanlı pilot Portimao trekində debüt etdi
Salah əməkhaqqından üçqat gəlir götürə bilər
“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət
Arbeloa “ət tökür”
AMPK üçün 30 illik yubiley loqoları
DAHA ÇOX

Ən çox oxunanlar