Digər
“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət

09.02.2026 | 15:00
Həndbol üzrə ölkə çempionatında 6-cı tura yekun vurulub.
Sports.az xəbər verir ki, qadın həndbolçuların mübarizəsində "Azəryol" "Təhsil"i 33:7, "İdman Akademiyası" "Bakı"nı 26:8, "Kür" isə "Qarabağ"ı 40:15 hesabı ilə üstələyib.
Kişilərin yarışında "Dinamo" "Təhsil" üzərində 32:31 hesablı qələbə qazanıb. "Bakı" "Azəryol"u 33:19, "Qarabağ" isə "Kür"ü 26:22 hesabı ilə məğlub edərək hesabına növbəti xalları yazdırıb.
Son xəbərlər





























