Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Gənc boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Sports.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov döyüşlərin gərgin və ədalətli keçəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, yarışa qatılan gənc idmançılar ölkə boksunun sabahıdır: “Ötən ay böyüklər arasında Azərbaycan çempionatında debüt edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər və yeni komanda formalaşdı. Hazırda bu yarışda döyüşəcək boksçuları da yeniyetmələr arasında Azərbaycan çempionatında izləmişik. Hər birinin böyük potensialı var. Onların daha da inkişafı üçün lazımı bütün addımlar atılacaq, paytaxtla yanaşı, bölgələrdə də infrastruktur güclənəcək. Hesab edirəm ki, gələcəyin Olimpiya çempionlarının ilk performanslarını U-19 Azərbaycan çempionatında görəcəyik”.

Yarışın özbəkistanlı supervayzeri Aleksandr Hamidov çempionatın təşkilatçılığını yüksək qiymətləndirib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Ardınca Dövlət Himni səsləndirilib və U-19 Azərbaycan çempionatı açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 boksçusu qatılıb. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edirlər.

Yarışda qaliblərin adına fevralın 15-də aydınlıq gələcək.

Son xəbərlər
“Vilyarreal”dan darmadağın
“Roma”dan inamlı qələbə
“Fənərbağça”dan inamlı qələbə
“Barselona” baş məşqçisini itirə bilər
“Turan Tovuz”dan növbəti qələbə - VİDEO
"Azarkeşlərdən üzr istəyirəm" - Berdıyev
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
“Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm” - Füzuli Məmmədov
Azərbaycan çempionatının ilk günündə 41 döyüş
“Turan Tovuz”dan qələbə
MOK erməni idmançılarla bağlı müraciətinə müsbət cavab aldı
Gəncədə Azərbaycan çempionatına start verildi
“Qalatasaray”ın yetirməsi “Zirə”də
MLS klubu “Barselona”nın ulduzuna müqavilə təklif etdi
“Heç-heçə qənaətbəxş nəticədir”
“Real” əsas yay transfer hədəfini müəyyənləşdirdi
“Heç kim istəməzdi ki, belə hadisə olsun” - Azər Bağırov
“Real” “yeni Niko Uilyams”ı gözaltı edib
“İmişli” və “Kəpəz”dən heç-heçə - VİDEO
“Bayern” Nikolas Ceksonla bağlı qərar qəbul etdi
"Barselona"nın prezidenti vəzifəsindən istefa verdi
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Millimiz Gürcüstana ikinci oyunda da uduzdu
"Nyukasl" – "Qarabağ": azərbaycanlı azarkeşlər üçün biletlərin qiyməti açıqlandı
“Liverpul” “Bayer”ə satdığı məzununu geri qaytarmaq istəyir
Azərbaycanlı pilot Portimao trekində debüt etdi
Salah əməkhaqqından üçqat gəlir götürə bilər
“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət
Arbeloa “ət tökür”
AMPK üçün 30 illik yubiley loqoları
DAHA ÇOX

Ən çox oxunanlar