Digər
Yüksək Liqada növbəti oyun keçiriləcək

13.02.2026 | 10:00
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun növbəti matçı keçiriləcək.
Sports.az xəbər verir ki, bu gün, saat 17:00-da UNEC kollektivi "Murov Az Terminal" komandasını qəbul edəcək.
Görüş UNEC-in idman zalında baş tutacaq.
Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.
Son xəbərlər





























