Digər
“Abşeron Lions” və “Ordu”dan qələbə

13.02.2026 | 22:00
Azərbaycan Basketbol Liqasında 17-ci turun növbəti oyunları baş tutub.
Sports.az xəbər verir ki, A qrupunda "Gəncə" səfərinə yollanan "Abşeron Lions" 81:71 hesablı qələbəyə sevinib.
B qrupunda isə "Ordu" və "Quba" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87 hesablı qələbəsi ilə bitib.
Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.
Tura fevralın 14-də yekun vurulacaq.
Son xəbərlər





























