"Araz-Naxçıvan"la "Neftçi" 1/4 finalda

Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin 4 oyunu keçirilib.
Sports.az xəbər veri ki, ilk matçda iki iddialı komanda üz-üzə gəlib.
Birinci hissə gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib. Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəlib. Günün son dueli isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıb. Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” 1/4 finala vəsiqə qazanıb.
Mərhələnin qalan 4 oyunu isə fevralın 15-də "Olimpik Star"da keçiriləcək.
Baku Fire – Araz-Naxçıvan 1:5
Neftçi İK – Trabzon Azərbaycan 14:3
Lənkəran – Atletiko Baku 17:3
Xan-Lənkəran – Dəstə Ordubad 6:3





























