Digər
Yüksək Liqada 14-cü tura start verilir

17.02.2026 | 11:20
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura start veriləcək.
Sports.az xəbər verir ki, "Murov Az Terminal" kollektivi "Gənclər" komandası ilə üz-üzə gələcək.
Matçın start fiti Abşeron Olimpiya İdman Kompleksində, saat 16:00-da səslənəcək.
Qadın voleybolçular arasında isə XIII turun son matçı keçiriləcək. "Gəncə" doğma meydanda "Gənclər" komandasını qəbul edəcək.
Bu görüş Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.
Son xəbərlər





























