“Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”

“Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”

"Sərhədçi" basketbol klubunun məqsədinə çatması üçün üzərində işləməli olduğu nüanslar kifayət qədərdir.

Sports.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında amerikalı basketbolçu Ceymond Vinsent deyib.

O, hazırda turnir cədvəlində üçüncü pillə uğrunda mübarizə apardıqlarını diqqətə çatdırıb:

"Son turda "Lənkəran" üzərində qələbə bizim üçün çox vacib idi. Hazırda üçüncü yer uğrunda mübarizə aparırıq. Buna görə də bu, bizim üçün böyük və dəyərli qələbə oldu. Ümumilikdə çıxışımız pis deyil, amma komanda olaraq birlikdə inkişaf etdirməli olduğumuz çox məqamlar var. Hələ də üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir".

C.Vinsent Azərbaycandakı təəssüratları və kubok fasiləsi barədə də danışıb:

"Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir. Burada davam etmək ehtimalım da var. Kubok oyunları ilə əlaqədar yaranacaq fasilədən maksimum istifadə etmək niyyətindəyik. Zalda məşqlərimizi davam etdirəcəyik və oyunumuzun daha çox inkişafı üçün çalışacağıq".

Oyunun ən yaxşısı seçilməsinə toxunan basketbolçu komanda yoldaşlarına və məşqçilərinə təşəkkür edib. O, çox çalışacaqları və intizamlı olacaqları təqdirdə məqsədlərinə çatacaqlarına inandığını vurğulayıb.

Qeyd edək ki, "Sərhədçi" Azərbaycan Basketbol Liqasının XVII turunda "Lənkəran"ı 83:69 hesabı ilə məğlub edib.

Son xəbərlər
“FIFA Series - 2026”nın təqvimi müəyyənləşdi
“Aston Villa” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
“Nyukasl”a Bakıda qalib gəlmək istəyirik” - Qurban Qurbanov
“Traktor”da yeni baş məşqçi
“Nyukasl”ın zəif cəhətlərindən istifadə etməyə çalışacağıq”
“Zirə”dən Rusiya klubuna
Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
“Arsenal” “Leypsiq”in hücumçusu ilə maraqlanır
Zümrüd Ağayevaya UEFA-dan təyinat
“Traktor”un baş məşqçisi postundan ayrıldı
Vinisus baş məşqçisindən məmnundur
Mövsümün antirekordu
“Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
Kasado “Barselona”dan ayrıla bilər
“Qarabağ” turu qələbəsiz başa vurdu
“Qarabağ”ın oyununa görə metroda iş vaxtı uzadılacaq
"Qarabağ" - "Nyukasl" matçına satılmış biletlərin sayı açıqlandı
AMADA-dan “Qarabağ” üçün maarifləndirmə seminarı
Günün oyunları – TV
“Leypsiq”in müdafiəçisi “Arsenal”a keçə bilər
Azərbaycanlı hakim ÇL oyununu idarə edəcək
“Qalatasaray" "Yuventus"la üz-üzə
Arbeloa “Real”dakı fəsadlardan birini çözdü
Yüksək Liqada 14-cü tura start verilir
Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır
MY “Nyukasl”ın yarımmüdafiəçisi uğrunda mübarizədə öncüldür
Kloppa təkliflərin ardı-arası kəsilmir
Makkenni “Yuventus”la müqaviləsini yeniləməyə hazırdır
“Roma” Malenlə bağlı qərar qəbul etdi
“Real”ın futbolçusu 2 ay oynamayacaq
DAHA ÇOX

Ən çox oxunanlar