Digər
Yüksək Liqada 14-cü tura start verilir

19.02.2026 | 14:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura start verilir.
Sports.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Günün ilk matçında, saat 16:00-da "Gənclər" və "DH Volley" komandaları üz-üzə gələcəklər. Saat 18:00-da isə "Azərreyl" və "Abşeron" voleybolçularının mübarizəsi başlayacaq.
Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Son xəbərlər





























