Digər
Azərbaycan paraüzgüçüsündən Belarusda iki qızıl medal

20.02.2026 | 18:45
Azərbaycan paraüzgüçüsü Raman Salei Belarusun Brest şəhərində təşkil olunan Açıq Paraüzgüçülük Kubokunda iki qızıl medal qazanıb.
Bu barədə Sports.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.
Paralimpiyaçı S12 kateqoriyasında mübarizə apararaq iki fərqli üsulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, 100 metr məsafəyə sərbəst üzməkdə 55.29 saniyə nəticə göstərib. R.Salei həmçinin 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulu ilə üzmədə 59.17 saniyə nəticə ilə qızıl medala sahib çıxıb.
Son xəbərlər





























