Digər
Azərbaycan velosipedçiləri üçün Türkiyə sınağı

20.02.2026 | 19:30
Azərbaycanın velosiped idmanı üzrə yığması Türkiyənin Alanya şəhərində keçiriləcək "Grand Prix Alaiye 1.2" yarışında iştirak edəcək.
Bu barədə Sports.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.
Fevralın 21-də baş tutacaq yarışa Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov qatılacaq.
Komandaya baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədov rəhbərlik edəcək.
Son xəbərlər





























