Digər
Kubokun finalçıları müəyyənləşdi

20.02.2026 | 23:15
Basketbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Sports.az xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.
Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.
Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" kollektivi olacaq.
Azərbaycan Kubokunun final matçı fevralın 22-də, saat 17:00-da başlayacaq.
Son xəbərlər





























