Badminton Federasiyasında yeni baş katib

Badminton Federasiyasında yeni baş katib

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Sports.az xəbər verir ki, bu vəzifəyə Əjdər Cəfərov təyin edilib.

Bundan əvvəl federasiyanın prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri kimi fəaliyyət göstərən Əjdər Cəfərov zəngin idman karyerasına malikdir.

O, 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası və əməkdar məşqçi olan Cəfərov, həmçinin olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Əjdər Cəfərov üç Olimpiya Oyunlarında hakimlik edib. O, 2010-cu ildə Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında, 2014-cü ildə isə Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakim kimi çıxış edib.

Onun fəaliyyəti dövlət və beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Həmin il Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb. 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

Bundan əlavə, o, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Son xəbərlər
Fati İngiltərə Premyer Liqasına qayıda bilər
Bakıda Dünya Kuboku start götürüb
“Karvan-Yevlax” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
PSJ “Mançester Siti”nin ulduzu ilə bağlı sorğu ünvanladı
“Liverpul” Endryu Robertsonla bağlı qərar qəbul etdi
Badminton Federasiyasında yeni baş katib
“Barselona”ya nəhəng qiymət “oxudular”
Millimizin üçüncü sınağı
Kompani futbolda ən sevimli qəniməti ilə bağlı sualı cavabladı
Karrager “Arsenal”ın xal itirməsinə şaddır
Emeri İspaniya nəhəngini çalışdıra bilər
Liam Rosenyor İngiltərə Premyer Liqasının gücünü qiymətləndirdi
Maktominey gələcəyi ilə bağlı qərar qəbul etdi
Angelos Postekoqlu çalışdırılması ən çətin klub haqda söhbət açdı
“İnter”də ciddi itki
“Tottenhem” iki baş məşqçi arasında seçim edir
Günün oyunları – TV
Renat oynadı, komandası səfərdə qalib gəldi
Zamiqin komandasına bir qol bəs etdi
“Karvan-Yevlax” “Araz-Naxçıvan”a qarşı
“Atletik”dən çətin qələbə
“Sassuolo”dan darmadağın
“Brest” inamlı qələbəyə sevindi
Turun açılış matçında heç-heçə
“Rizəspor”dan inamlı qələbə
Azərbaycan klubunda yeni baş məşqçi
Cüdo texnikaları imtahanı keçirilib
Kubokun finalçıları müəyyənləşdi
Keçmiş oynuçusu “Liverpul”a qayıda bilər
“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar