Azərbaycan gimnastlarından Dünya Kubokunun ilk günündə uğurlu nəticə

Azərbaycan gimnastlarından Dünya Kubokunun ilk günündə uğurlu nəticə

Azərbaycan gimnastları Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış edərək, bir sıra proqramlarda final mərhələsinə vəsiqə qazanıblar.

Sports.az xəbər verir ki, təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov finala yüksəliblər.

Onlar qarışıq sinxron proqramda da birlikdə çıxış edərək həlledici mərhələdə iştirak hüququ qazanıblar.

Sinxron proqramlarda Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların yarışında, Maqsud Mahsudov və Hüseyn Abbasov isə kişilərin mübarizəsində finalda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçiləri yamblinq üzrə yarışlarda da uğurlu nəticə göstəriblər. Tofiq Əliyev və Mixail Malkin təsnifat mərhələsini uğurla başa vuraraq həlledici raunda yüksəliblər.

Ümumilikdə yarışda Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edirlər.

Yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edir. Sabah yarışda final çıxışları keçiriləcək.

Son xəbərlər
Abubakar azarkeşlərin suallarını cavablandırdı - VİDEO
MY “Yuventus”un yarmmüdafiəçisi ilə maraqlanır
Azərbaycan gimnastlarından Dünya Kubokunun ilk günündə uğurlu nəticə
Delap “Çelsi”dən ayrıla bilər
“Mançester Siti”nin kapitanı İspaniya La Liqasına üz tuta bilər
Xabi Alonsonun adı “Liverpul”la əlaqələndirilməkdədir
“Neftçi”də ikitərəfli oyun
MY Sanço ilə bağlı qərarını verdi
Azərbaycan çempionatının qalibi müəyyənləşdi
Azərbaycan millisi Belarus yığmasına qalib gəldi
MY seçim qarşısında
“Rəqibə keyfiyyət baxımından uduzduq” - Füzuli Məmmədov
“Futbolçularımız qələbə qazanmaq üçün hər şey etdilər” – Demçenko
“Liverpul” “Yuventus”un yarımmüdafiəçisinə göz dikib
“Karvan-Yevlax” “Araz-Naxçıvan”a belə uduzdu - VİDEO
AVF seleksiya prosesini davam etdirir
“Liverpul” əsas ulduzuna transfer qiyməti müəyyənləşdirdi
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
“Karvan-Yevlax” “Araz-Naxçıvan”a məğlub oldu
MY kapitanına transfer qiyməti müəyyənləşdirdi
Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı
PSJ Dembeleni yenidən itirdi
Fati İngiltərə Premyer Liqasına qayıda bilər
Bakıda Dünya Kuboku start götürüb
PSJ “Mançester Siti”nin ulduzu ilə bağlı sorğu ünvanladı
“Liverpul” Endryu Robertsonla bağlı qərar qəbul etdi
Badminton Federasiyasında yeni baş katib
“Barselona”ya nəhəng qiymət “oxudular”
Millimizin üçüncü sınağı
Kompani futbolda ən sevimli qəniməti ilə bağlı sualı cavabladı
DAHA ÇOX

Ən çox oxunanlar