“İrlandiyanı məğlub etmək üçün gücümüz var” - Baxşıyev

“İrlandiyanı məğlub etmək üçün gücümüz var” - Baxşıyev

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2029-un ilkin seçmə mərhələsində İrlandiyanı məğlub etmək üçün gücü var.

Sports.az xəbər verir ki, bunu millinin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Baş məşqçi əsas diqqətin İrlandiya ilə ilk qarşılaşmaya yönəldiyini vurğulayıb:

"Əsas diqqətimiz İrlandiya ilə matça yönəlib. Rəqibin oyunlarını təhlil etmişik. Milliləşdirilmiş oyunçumuz da birbaşa orada komandaya qoşulacaq. Orada da iki məşqimiz olacaq. İnanırıq ki, gücümüz var. Əgər yaxşı mübarizə aparsaq, səfərdən qalib qayıdacağıq".

Mütəxəssis hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, basketbolçuların durumunun yaxşı olduğunu söyləyib:

"Vaxtımız azdır. Uşaqların vəziyyəti normaldır, yaxşı məşqlər keçmişik. Heyətdə yalnız Əkbər Məmmədov və İsmayıl Abdullayev zədə səbəbindən bizə kömək edə bilməyəcəklər. Digər oyunçularla bağlı hər şey qaydasındadır. Bilirik ki, İrlandiya ilə oyun çətin keçəcək. Onlar da bizim kimi iki məğlubiyyətlə başlayıb. Bundan əlavə, öz meydanlarında oynayacaqlar. İndidən heç nə deyə bilmərəm. Qarşıda 4 oyun var. Lüksemburqun öz meydanında necə oynayacağını bilmirik. Biz öz oyunlarımız barədə düşünməliyik".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti matçlarını fevralın 27-də İrlandiya, martın 2-də isə Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

Son xəbərlər
“Sona kimi mübarizədən qopmadıq” – Qurban Qurbanov
“İnter” Çempionlar Liqasından qovuldu
“Qarabağ” ÇL-lə vidalaşdı
Qvardiolanı kim əvəz edəcək?
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Rövşən Nəcəf Canni İnfantinonu təbrik edib
Keyn “Barselona”ya keçəcək?
“İrlandiyanı məğlub etmək üçün gücümüz var” - Baxşıyev
Azərbaycan çempionatının qalibi bəlli oldu
Kazemiro gələcəyi ilə bağlı qərar qəbul etdi
Böyükhesablı qələbələr turu
“Səbail”lə “Baku Sportinq”dən heç-heçə
Fernandes “Mançester Yunayted”də qalmaq istəyir, amma…
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı
“Qəbələ” “Turan Tovuz”a belə uduzdu - VİDEO
“Barselona” Raşforddan imtina edə bilər
“Turan Tovuz”un müdafiədə xəttini yarmaq çox çətin olur”
“Qəbələ”dən ehtiyat edirdik” - Berdıyev
“Xankəndi” “Qaradağ Lökbatan”a qalib gəldi
Maquayr “Mançester Yunayted”lə müqaviləsini yeniləyə bilər
Paytaxt klubunun futbolçusu əməliyyat olundu
MPK ilə ATF arasında Anlaşma Memorandumu imzalandı
“Mançester Yunayted”in futbolçusu sürücülük hüququndan məhrum edildi
Dibala “Roma”dan ayrıla bilər
“Qəbələ” “Turan Tovuz”a böyük hesabla uduzdu
Banişevskinin 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
“Nyukasl”ın zədəli futbolçularının adları açıqlandı
La Liqa klubunda yeni müdafiəçi
Dieqo Simeone İtaliya A Seriyasında çalışa bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
DAHA ÇOX

Ən çox oxunanlar