Digər
Azərbaycanın daha bir boksçusu 1/4 finalda

25.02.2026 | 21:30
Azərbaycan boksçusu Məhəmmədəli Aşırəliyev Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, 60 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Yazal Hussam Seyfeli (Misir) mübarizədən kənarlaşdırıb.
O, rəqibini 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Azərbaycan çempionu 1/4 finalda Ayder Abduraimovla (Ukrayna) döyüşəcək. Görüş fevralın 27-də olacaq.
Aşırəliyevdən öncə Bilalhəbaşi Nəzərovla (50 kq) Zidan Hünbətov (55 kq) 1/4, Malik Həsənov (65 kq) 1/8 finala vəsiqə qazanıb.
Son xəbərlər





























