Digər
15-ci turun daha iki oyunu keçiriləcək

27.02.2026 | 13:45
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci turun daha iki oyunu baş tutacaq.
Sports.az xəbər verir ki, hər iki qarşılaşma saat 17:00-da start götürəcək.
"Milli Aviasiya Akademiyası" "Turan"ı qəbul edəcək. Görüş "Milli Aviasiya Akademiyası"nın idman zalında keçiriləcək.
"Gənclər" isə UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Matç UNEC-in idman zalında təşkil ediləcək.
Turun əvvəlki oyunlarında "Abşeron" "Murov Az Terminal"ı (3:1),"DH Volley" "Gəncə"ni (3:2) məğlub edib.
Son xəbərlər





























