Digər
15-ci tura yekun vurulur

28.02.2026 | 12:40
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura bu gün yekun vurulacaq.
Sports.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.
"Xilasedici" "Murov Az Terminal"ı qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalındakı oyun saat 16:00-da start götürəcək.
Daha əvvəl "Ordu" "Gənclər"i 3:0, "Neftçi" "Azərreyl"i 3:2 hesabı ilə üstələyib.
Son xəbərlər





























