Digər
Nəzərov beynəlxalq turnirdə ikinci oldu

01.03.2026 | 20:45
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə "Strandja" beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib.
Sports.az Boks Federasiyasına istinadən xəbər verir ki, Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.
O, yarışı gümüş medalla başa vurub. Beləliklə, milli turniri 2 mükafatla bitirib.
Boksçularımızdan daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.
Son xəbərlər





























