AMADA-dan yeni sosial layihə

AMADA-dan yeni sosial layihə

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılmasının 10 illiyi münasibətilə “10ların təbəssümü” adlı yeni sosial layihəyə start verib.

Sports.az agentliyə istinadən xəbər verir ki, layihənin məqsədi cəmiyyətin həssas qrupları ilə birbaşa ünsiyyət qurmaq, onlara mənəvi dəstək göstərmək və qurumun sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.

Layihə çərçivəsində AMADA əməkdaşları valideyn himayəsindən məhrum uşaqlar, xüsusi ehtiyacı olan şəxslər, şəhid və qazi ailələri, eləcə də aztəminatlı ailələrlə görüşlər keçirəcəklər. Təşəbbüs insanlara dəyər verildiyini hiss etdirmək, sosial həmrəylik mesajını çatdırmaq və mənəvi dəstəyi gücləndirmək məqsədi daşıyır.

Sosial layihə çərçivəsində ilk görüş Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında təşkil olunub. AMADA-nın kollektivi uşaqlarla birbaşa ünsiyyət qurub, onların gündəlik həyatı və istəkləri ilə maraqlanıb, hədiyyələr təqdim ediblər. Həmçinin əyləncəli və interaktiv fəaliyyətlər təşkil olunub. Görüş uşaqların sosial fəallığının artırılmasına və onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə vermək məqsədi daşıyıb.

“10ların təbəssümü” layihəsi il ərzində davam etdiriləcək, sosial dəstək tədbirləri digər həssas qrupları da əhatə edəcək. Layihə AMADA-nın missiyasına uyğun olaraq sosial rifahın və inklüziv cəmiyyət prinsiplərinin təşviqinə xidmət edir.

Son xəbərlər
“Arsenal” “Korintians”ın müdafiəçisi ilə maraqlanır
“Araz-Naxçıvan”ın akademiyasında inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanda BWF-nin “Shuttle Time” layihəsinin yeni mərhələsi keçirilir
“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisini satın ala bilər
“Qarabağ” “Qalatasaray”ın hədəfindəki hücumçu ilə maraqlanır
AMADA-dan yeni sosial layihə
“Real” baş məşqçisini tezliklə qova bilər
“Liverpul” əlavə dəqiqələrdə buraxılan qollara görə Premyer Liqada antirekorda imza atıb
Qismət Alıyevdən “Zirə”nin heyətində yubiley matçı
“Çelsi” Bastoni üçün nəhəng məbləğdə xərc çəkməli olacaq
Yüksək Liqada 16-cı tur başlayır
Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunlarının hakimləri bilindi
MY yarımmüdafiəçisi ilə əməkhaqqı məsələsində razılaşa bilmir
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Darvin Nunyes Avropa futboluna qayıda bilər
“Yuventus”un Spallettiyə təklif etdiyi müqavilənin şərtləri məlum oldu
PSJ “Qalatasaray”ın hücumçusu ilə bağlı istəyindən daşındı
Günün oyunları – TV
“Napoli” “Zenit”inin hücumçusunu satın almaq istəyir
Klopp vəzifəsindən qovula bilər
Yamal son vaxtlar nail olduğu statistikası ilə diqqət çəkir
Estevan “Çelsi”yə keçidini əsaslandırdı
Arbeloa “Real”ın oyunçuları ilə görüş keçirdi
“Arsenal” çempionluğu nəyin bahasına olursa olsun qazanacaq”
“Qarabağ” “Şamaxı”ya qarşı
“Komo” və “İnter” ilk oyundan qolsuz ayrıldılar
“Liverpul” səfərdən xalsız qayıtdı
“Barselona”ya 3:0 bəs etmədi
“Strasburq” yarımfinalda
“Qalatasaray” qrup mərhələsini ilk pillədə bitirdi
DAHA ÇOX

Ən çox oxunanlar