Azərbaycanda BWF-nin “Shuttle Time” layihəsinin yeni mərhələsi keçirilir

Azərbaycanda BWF-nin “Shuttle Time” layihəsinin yeni mərhələsi keçirilir

Azərbaycan Badminton Federasiyası (ABF) ilə Dünya Badminton Federasiyasının (BWF) birgə əməkdaşlığının nəticəsi olaraq "BWF Membership Grants" layihəsi çərçivəsində artıq bir neçə ildir ölkəmizdə həyata keçirilən "Shuttle Time" proqramının cari ildə yenidən tətbiqinə start verilib.

Sports.az xəbər verir ki, "Shuttle Time" proqramının 2026-cı ildə ilk olaraq Gəncədə yerləşən Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə icrasına başlanılıb.

50-dən çox məktəblinin cəlb olunduğu təlim ABF tərəfindən təyin edilmiş mütəxəssislər tərəfindən həyata keçirilib. Məktəblilər təlim çərçivəsində badmintonun nəzəri və praktik biliklərinə yiyələniblər.

BWF tərəfindən hazırlanmış, dünyanın ən yaxşı badminton layihələri sırasına daxil edilmiş, əyləncəli oyun əsaslı təlim sistemi uşaqların fiziki bacarıqlarını (sürət, çeviklik, koordinasiya) inkişaf etdirir, dözümlülüyü artırır.

Layihənin əsas məqsədi ölkədə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır. Proqramın cari ildə müxtəlif regionlarda keçirilməsi, bununla da badmintonun ölkə üzrə coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.

"Shuttle Time" proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər
Belarus mətbuatı Azərbaycan millisini ələ saldı
“Dinamo”dan inamlı qələbə
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Ölkə çempionatında ilk qalib və mükafatçılar müəyyənləşib
“NTD-yə fayda verəcəyimə inanıram”
“Arsenal” “Korintians”ın müdafiəçisi ilə maraqlanır
“Araz-Naxçıvan”ın akademiyasında inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanda BWF-nin “Shuttle Time” layihəsinin yeni mərhələsi keçirilir
“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisini satın ala bilər
“Qarabağ” “Qalatasaray”ın hədəfindəki hücumçu ilə maraqlanır
AMADA-dan yeni sosial layihə
“Real” baş məşqçisini tezliklə qova bilər
“Liverpul” əlavə dəqiqələrdə buraxılan qollara görə Premyer Liqada antirekorda imza atıb
Qismət Alıyevdən “Zirə”nin heyətində yubiley matçı
“Çelsi” Bastoni üçün nəhəng məbləğdə xərc çəkməli olacaq
Yüksək Liqada 16-cı tur başlayır
Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunlarının hakimləri bilindi
MY yarımmüdafiəçisi ilə əməkhaqqı məsələsində razılaşa bilmir
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Darvin Nunyes Avropa futboluna qayıda bilər
“Yuventus”un Spallettiyə təklif etdiyi müqavilənin şərtləri məlum oldu
PSJ “Qalatasaray”ın hücumçusu ilə bağlı istəyindən daşındı
Günün oyunları – TV
“Napoli” “Zenit”inin hücumçusunu satın almaq istəyir
Klopp vəzifəsindən qovula bilər
Yamal son vaxtlar nail olduğu statistikası ilə diqqət çəkir
Estevan “Çelsi”yə keçidini əsaslandırdı
Arbeloa “Real”ın oyunçuları ilə görüş keçirdi
“Arsenal” çempionluğu nəyin bahasına olursa olsun qazanacaq”
“Qarabağ” “Şamaxı”ya qarşı
DAHA ÇOX

Ən çox oxunanlar