"Şahdağ"da Xizək Alpinizmi üzrə Avropa Çempionatı başlayıb

"Şahdağ"da Xizək Alpinizmi üzrə Avropa Çempionatı başlayıb

Martın 4-də "Şahdağ" Turizm Mərkəzində Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa Çempionatı start götürüb.

Sports.az xəbər verir ki, yarışın ilk günündə idmançılar sprint növü üzrə mübarizə aparıblar.

Avropa Çempionatının  birinci gününün nəticələrinə əsasən 18 yaşadək qadınlar arasında 1-ci yerdə Nuriya Noquera Balaquer (İspaniya), 2-ci yerdə Antonina Rakuş (Polşa), 3-cü yerdə Nataliya Bobrovska (Polşa), kişilər arasında isə 1-ci yerdə Fransijek Yopek  (Çexiya), 2-ci yerdə Matey Petre (Rumıniya), 3-cü yerdə isə Adam Hubaç (Slavakiya)  qərarlaşıb. 

20 yaşadək qadınlar arasında ali kürsüdə Helena Öringer (Almaniya) yer alıb. 2-ci yeri Emma Albrext (Avstriya), 3-cü yeri Klara Velepeç (Sloveniya), kişilər arasında 1-ci yeri Aaron Alvares (İspaniya), 2-ci yeri Marek Foltin (Çexiya), 3-cü yeri isə Morits Bauregger (Almaniya) tutub.

Böyüklər arasında yarışda qadınlar üzrə ilk pillədə Marian Fatton (İsveçrə), 2-ci pillədə Culiya Murada (İtaliya), 3-cü pillədə Tatyana Paller (Almaniya) yer alıb.Kişilər üzrə isə 1-ci yerə Nikita Filippov (Fərdi Neytral İdmançı), 2-ci yerə Tomas Bussard (İsveçrə), 3-cü yerə isə Martinez Ferrer (İspaniya) sahib olublar. 

Yarışda 18 ölkədən - Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra, İsveç və Fərdi Neytral İdmançılar (AIN) olmaqla 124 idmançı iştirak edir.

Qeyd edək ki, Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edirlər. 

Martın 8-nə kimi davam edəcək yarışlarda U18 və U20 kateqoriyasında olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafed (mixed relay) fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.

Son xəbərlər
“Beşiktaş” qrup birincisi oldu
"Şahdağ"da Xizək Alpinizmi üzrə Avropa Çempionatı başlayıb
“Arsenal” və “Nyukasl” oyunçu mübadiləsi gerçəkləşdirə bilərlər
“İstedadların seçimi” yarışının 2-ci turu keçiriləcək
“Komo”nun yarımmüdafiəçisi “İnter”ə keçə bilər
“Keçmişə qayıtmağı xoşlamıram” - Qurban Qurbanov
“Penaltini yerinə yetirə bilsəydik, əlavə vaxtda şanslarımız olardı”
“Qarabağ” “Şamaxı”nı belə keçdi - VİDEO
“Mançester Siti” “dayaqçı”sını satmağa hazırdır
“Xilasedici” və “Neftçi”dən qələbə
“Qalatasaray” “Liverpul”la oyunda azarkeşsiz qalacaq
PSJ-nin futbolçusu “Sabah”a keçəcək
“Qarabağ” inamlı qələbə ilə yarımfinalda!
Kipr klubu “Neftçi”nin futbolçusunu istəyir
Messidən növbəti nailiyyət
Danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya
“Nyukasl”dan “Arsenal”ın cinah hücumçusuna “yağlı vəd”
Azərbaycan yığmasının toplanış üçün heyəti açıqlandı
CEV-in sabiq prezidenti vəfat edib
Azərbaycan basketbolçuları Türkiyə klubları ilə 13 yoldaşlıq matçı keçirib
Alisson A Seriyasına qayıda bilər
Qlasner “Red Bull”da vəzifə ala bilər
Xizək alpinizmi üzrə Avropa çempionatında ilk mükafatçılar müəyyənləşib
Belarus mətbuatı Azərbaycan millisini ələ saldı
“Dinamo”dan inamlı qələbə
Ölkə çempionatında ilk qalib və mükafatçılar müəyyənləşib
“NTD-yə fayda verəcəyimə inanıram”
“Arsenal” “Korintians”ın müdafiəçisi ilə maraqlanır
“Araz-Naxçıvan”ın akademiyasında inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanda BWF-nin “Shuttle Time” layihəsinin yeni mərhələsi keçirilir
DAHA ÇOX

Ən çox oxunanlar