Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb

Martın 5-də "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb.
Sports.az xəbər verir ki, qarışıq estafet (mixed relay) növü üzrə yeniyetmə və yetkin kişi və qadınlar arasında yarışın nəticələri bəlli olub.
Belə ki, yeniyetmə kişi və qadınlar arasında 1-ci yerdə Almaniya, 2-ci yerdə İspaniya, 3-cü yerdə isə
Rusiya təmsilçiləri qərarlaşıb.
Yetkin kişi və qadınlar arasında keçirilən yarışda ilk pillədə İsveçrə, 2-ci pillədə İtaliya, 3-cü pillədə
Almaniya idmançıları yer alıblar.
Azərbaycanı qarışıq estafet növündə Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev təmsil edib.
Martın 6-da idmançılar fərdi və vertikal növləri üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa Çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.





























