Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb.

Sports.az xəbər verir ki, "Şüa İdman Kompleksi"ndə təşkil olunan yarışın son günündə həlledici oyunlar keçirilib.

Kişilərin şəxsi yarışlarının final görüşündə Rüstəm Hacılıya qalib gələn Onur Quluzadə baş mükafata layiq görülüb. Xəyal Həşimli ilə Adil Əhmədzadə üçüncü olublar.

Qadınlar arasında ölkə çempionu adını finalda Aylin Əsgərovanı məğlub edən Mərziyyə Nurmətova qazanıb.

Kişilərin qoşa yarışı Onur Quluzadə ilə Nihad Məmmədovun qələbəsi ilə nəticələnib. Hilal Həsənovla Vəzir Allahverdiyev fəxri kürsünün ikinci pilləsinə qalxıb. Xəyal Həşimli ilə Əliverdi Şahgəldiyev, Rüstəm Hacılı ilə Adil Əhmədzadə üçüncü yeri tutublar.

Qadınlar arasında Aylin Əsgərova ilə Mərziyyə Nurmətova qələbə çalıb. Xədicə Əbilzadə ilə Arzu Aslanova ikinci yeri tutub. Məryəm İmanova - Yağmur Məmmədli və Ləman Abdulhəmidova - Zemfira Mikayılova tandemi üçüncü olub.

Qarışıq qoşa növündə Adil Əhmədzadə - Mərziyyə Nurmətova cütü baş mükafata sahib çıxıb. Onlar finalda Hilal Həsənov - Səbinə Məmmədova tandeminə qalib gəliblər. Elşən Hüseynovla Nigar Mahmudova, Onur Quluzadə ilə Yağmur Məmmədli üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, komanda yarışlarında kişilərin mübarizəsi "Bakı-1" kollektivinin qələbəsi ilə başa çatıb. "Bakı-2" ikinci, "Bakı-3" və "Şabran" komandası üçüncü yeri tutub.

Qadınların yarışında "Sumqayıt-1" qalib gəlib. "Bakı-1" ikinci yeri tutub. "Bakı-2" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.

Son xəbərlər
“Liverpul” 1/4 finalda!
“Real” “Selta”nı çətinliklə məğlub etdi
PSJ evdə uduzdu
“Napoli”dən çətin qələbə
“Bayern”dən darmadağın
Ruslan Paşayev qran-prinin qalibi oldu
Gimarayns yaxın gələcəyi ilə bağlı qərar qəbul etdi
“Naxçıvan” “Lənkəran”ı məğlub etdi
FIFA referiləri üçün vəsiqə və döş nişanlarının təqdimat mərasimi keçirilib
“Azərreyl” və “Turan” qələbə qazandı
Ronaldinyo ağız zədə almış Rodriqoya müraciət ünvanladı
Cüdo üzrə Liqa yarışının 1-ci turu keçirilib
Avropa Çempionatının üçüncü gününə yekun vuruldu
Türkiyə kubokunun formatı yenidən dəyişdirilir
Aslani uğrunda mübarizə qızışır
Super Liqa klubu cari mövsümdə 4-cü baş məşqçi ilə də vidalaşdı
“Səbail”dən darmadağın
Azərbaycan çempionatlarında fevralın ən yaxşı qol müəllifləri açıqlandı
“Real” yeni baş məşqçi axtarmır?
Super Liqanın növbəti mövsümünün start tarixi məlum oldu
Azərbaycan boksçuları üçün Banqkok sınağı
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
“Real” iki ulduzunu xüsusi mütəxəssislərin ixtiyarına verdi
“Kəpəz” rəhbərliyində dəyişikliklər
İspaniya nəhəngləri “Tottenhem”in müdafiəçisi uğrunda çəkişəcəklər
“Lənkəran”a texniki məğlubiyyət, Rauf Əliyevə 4 oyunluq cəza verildi
Rodriqo gələcəyi ilə bağlı qərarını verib
Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlandı
Parapauerliftinqçilər üçün Tiflis sınağı
23-cü turun üç oyununun təyinatları açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar