Avropa Çempionatının üçüncü gününə yekun vuruldu

Avropa Çempionatının üçüncü gününə yekun vuruldu

"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününün və eyni zamanda Dünya Kubokunun nəticələri bəlli olub.

Sports.az xəbər verir ki, martın 6-da fərdi növ üzrə keçirilən yarışın nəticələrinə əsasən, 18 yaşadək qızlar arasında 1-ci yeri Nuriya Noquera Balaquer (İspaniya), 2-ci yeri Anastasiya Pşeniçnaya (Rusiya), 3-cü yeri isə Antonina Rakus (Polşa) tutub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Matey Petre (Rumıniya) ilk pillədə, Gil Rosias Sakrest (İspaniya) 2-ci, Adam Hubats (Slovakiya) isə 3-cü pillədə qərarlaşıb.

20 yaşadək qızlar arasında ilk yeri Helena Oyeringer (Almaniya), Klara Velepets (Sloveniya) 2-ci yeri, 3-cü yeri Emma Boqones Martin (İspaniya) tutub, oğlanlar arasında isə 1-ci pillədə Silas Valter (Almaniya) və 2-ci pillədə Morits Bauregger (Almaniya), 3-cü pillədə Marek Foltin (Çexiya) yer alıb.

23 yaşadək qızlar arasında ilk yeri Tib Dezeyn (İsveçrə), 2-ci yeri Mariya Ordonyes Kobacho (İspaniya), 3-cü yeri İrina Umnitsına (Fərdi Neytral İdmançı), oğlanlar arasında isə ilk yeri Yohannes Lofeyer (Avstriya), 2-ci yeri Yulian Tritşer (Avstriya), 3-cü yeri Silvano Volf (Avstriya) tutub.

Böyüklər arasında qadınlar üzrə fərdi növ yarışında 1-ci pillədə Culiya Murada (İtaliya) 2-ci pillədə Marian Faton (İsveçrə) və 3-cü pillədə Alba De Silvestro (İtaliya), kişilər üzrə isə 1-ci pillədə Remi Bonne (İsveçrə) və 2-ci pillədə Tomas Bussar (İsveçrə) , 3-cü pillədə Yohannes Lofeyer (Avstriya) qərar tutub.

Azərbaycanı 18 yaşadək oğlanların fərdi növü üzrə yarışda Nurid Şəkərəliyev, 20 yaşadək oğlanlar üzrə isə Nəbiyulla Qələbəqiyev təmsil edib. N.Şəkərəliyev yarışı 7-ci, N.Qələbəqiyev 6-cı pillədə yekunlaşdırıb.

Qeyd edək ki, Avropa Çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.
 

Son xəbərlər
“Liverpul” 1/4 finalda!
“Real” “Selta”nı çətinliklə məğlub etdi
PSJ evdə uduzdu
“Napoli”dən çətin qələbə
“Bayern”dən darmadağın
Ruslan Paşayev qran-prinin qalibi oldu
Gimarayns yaxın gələcəyi ilə bağlı qərar qəbul etdi
“Naxçıvan” “Lənkəran”ı məğlub etdi
FIFA referiləri üçün vəsiqə və döş nişanlarının təqdimat mərasimi keçirilib
“Azərreyl” və “Turan” qələbə qazandı
Ronaldinyo ağız zədə almış Rodriqoya müraciət ünvanladı
Cüdo üzrə Liqa yarışının 1-ci turu keçirilib
Avropa Çempionatının üçüncü gününə yekun vuruldu
Türkiyə kubokunun formatı yenidən dəyişdirilir
Aslani uğrunda mübarizə qızışır
Super Liqa klubu cari mövsümdə 4-cü baş məşqçi ilə də vidalaşdı
“Səbail”dən darmadağın
Azərbaycan çempionatlarında fevralın ən yaxşı qol müəllifləri açıqlandı
“Real” yeni baş məşqçi axtarmır?
Super Liqanın növbəti mövsümünün start tarixi məlum oldu
Azərbaycan boksçuları üçün Banqkok sınağı
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
“Real” iki ulduzunu xüsusi mütəxəssislərin ixtiyarına verdi
“Kəpəz” rəhbərliyində dəyişikliklər
İspaniya nəhəngləri “Tottenhem”in müdafiəçisi uğrunda çəkişəcəklər
“Lənkəran”a texniki məğlubiyyət, Rauf Əliyevə 4 oyunluq cəza verildi
Rodriqo gələcəyi ilə bağlı qərarını verib
Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlandı
Parapauerliftinqçilər üçün Tiflis sınağı
23-cü turun üç oyununun təyinatları açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar