Digər
“Sabah” və “Abşeron Lions”dan qələbə

07.03.2026 | 23:15
Azərbaycan Basketbol Liqasında 18-ci turun daha iki oyunu keçirilib.
Sports.az xəbər verir ki, əvvəlcə "Şəki" evdə "Sabah"la üz-üzə gəlib.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma qonaqların qələbəsi ilə bitib - 102:82.
Günün ikinci matçında "Sərhədçi" İdman Mərkəzində "Abşeron Lions" və NTD arasında baş tutub.
"Abşeron Lions" 107:88 hesablı qalibiyyətə sevinib.
Tura martın 8-də yekun vurulacaq. Daha əvvəl keçirilən görüşlərdə "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" isə "Lənkəran"ı (104:73) məğlub edib.
Son xəbərlər




























