Bakıda keçirilən dünya kuboku başa çatdı

Bakıda keçirilən dünya kuboku başa çatdı

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG dünya kuboku keçirilib.

Sports.az xəbər verir ki, yarışda 30-dan çox ölkədən idmançılar iştirak ediblər.

Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.

Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olunub. Təsnifatın nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsində isə Azərbaycan gimnastları mükafatçılar sırasına düşə bilməyiblər. Nikita Simonov yarışı 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.

Dörd gün davam edən yarış ərzində tamaşaçılar üçün müxtəlif interaktiv əyləncə proqramları da təşkil olunub. Arenada yarışların maskotları Tilli və Cilli də tamaşaçılarla birlikdə əylənərək idmançılara dəstək veriblər.

Beləliklə, dörd gün davam edən idman gimnastikası yarış uğurla başa çatıb.

Son xəbərlər
“Aston Villa” baş məşqçisini itirmək üzrədir
“Zirə” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
“Vilyarreal”dan növbəti qələbə
“Lans”dan darmadağın
Derbidə “Milan” qalib gəldi
“Lids” darmadağınla 1/4 finalda
“Fənərbağça”dan çətin qələbə
“Verder”dən darmadağın
“Neftçi” “Turan Tovuz”la matça bir itki ilə çıxacaq
Azərbaycan millisi qran-prini 4 medalla tamamladı
“Qarabağ”dan “Araz-Naxçıvan”a 6 cavabsız qol - VİDEO
“Araz-Naxçıvan”a bu qədər qol vuracağımızı düşünməmişdim” - Qurbanov
“Onlar bu məyusluğa layiq deyildilər” - Demçenko
“Neftçi”də yeni təyinat
“Qarabağ”dan darmadağın
Azərbaycanın tanınmış cüdo məşqçisi vəfat edib
Turun ilk oyununda məhsuldar heç-heçə
“Gəncə” “Neftçi”yə məğlub oldu
Bakıda keçirilən dünya kuboku başa çatdı
“Bizdən aşağıda olan komandalardan heç nə ilə fərqlənmirik”
“Şamaxı” və “İmişli”nin heç-heçəsi – VİDEO
“Qalib gələ bilməsək də, mövqeyimiz pis deyil”
“Avropa və dünya çempionu olmaq istəyirəm” - Jalə Əliyeva
Almaniya klubunda baş məşqçi istefası
Qvardiolaya iki oyunluq cəza
Stolüstü tennisçilər üçün Almaniya və Çexiya sınağı
Tura “Neftçi” - “Gəncə” oyunu ilə yekun vurulur
Mahir oynadı, komandası məğlub oldu
Günün oyunları – TV
Cəlalın komandası səfərdən xalsız döndü
DAHA ÇOX

Ən çox oxunanlar