Digər
Gözəlbəyli “Qalatasaray”ın oyununa təyinat aldı

10.03.2026 | 13:30
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Sports.az xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində Türkiyənin "Qalatasaray" və Rumıniyanın "Voluntari" komandaları arasında keçiriləcək oyunda supervayzer kimi fəaliyyət göstərəcək.
Martın 11-də Türkiyədə baş tutacaq qarşılaşmanı serbiyalı Darko Saviç və litvalı Sergey Rodin idarə edəcəklər.
Son xəbərlər





























