Digər
“Abşeron”la “Turan”dan qələbə

12.03.2026 | 20:20
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutub.
Əvvəlcə "Abşeron" "Gənclər"i 3:0 (25:19, 25:20, 25:17), ardınca isə "Turan" "Azərreyl" kollektivini 3:0 (25:14, 25:22, 25:18) hesabı ilə üstələyib.
Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
Ötən gün "DH Volley" UNEC-i (3:0), "Milli Aviasiya Akademiyası" "Gəncə"ni (3:2) məğlub edib.
Son xəbərlər





























