Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında

Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Sərsəng su anbarında avarçəkmə və kanoe yarışlarının keçirilməsinin mümkünlüyünü vurğulamasından sonra beynəlxalq idman qurumlarının rəhbərləri bölgəyə səfər ediblər.

Sports.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana martın 12-də Qarabağ bölgəsində yerləşən Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində olublar.

Beynəlxalq və Avropa kanoe təşkilatlarının rəhbərləri əvvəlcə Sərsəng su anbarına baxış keçirərək mövcud vəziyyətlə tanış olublar. Qonaqlara su anbarının potensial imkanları barədə məlumat verilib, burada beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının təşkili perspektivləri müzakirə olunub.

Daha sonra nümayəndə heyəti 2022-ci ildən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident Kuboku" və ənənəvi "Mingəçevir Reqatası" beynəlxalq yarışlarının keçirildiyi Suqovuşan su anbarına baş çəkib. Suqovuşanda dövlət tərəfindən yenidən qurulan infrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Səfər çərçivəsində Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində də olublar. Beynəlxalq federasiya rəhbərləri idman bazası ilə tanış olub, avarçəkmə və kanoe üzrə Azərbaycan milli komandalarının məşq prosesini izləyiblər.

Son xəbərlər
Aleksander-Arnold “Real”a keçidi haqda söhbət açdı
“Liverpul” müdafiəçisinə sərfəli yeni müqavilə təklif etdi
“Atalanta” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı
Beynəlxalq kanoe federasiyalarının rəhbərləri Sərsəng su anbarında
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
DAHA ÇOX

Ən çox oxunanlar