Azərbaycanda Avropa Kanoe Assosiasiyasının ofisi açıldı

Azərbaycanda Avropa Kanoe Assosiasiyasının ofisi açıldı

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) "Paddle Europe" (Avropa Kanoe Assosiasiyası - PEU) ilə çoxşaxəli əməkdaşlıq qurub.

Sports.az xəbər verir ki, Azərbaycanın strateji coğrafi mövqeyi, inkişafyönümlü fəaliyyətlərə ev sahibliyi etmək imkanları, eləcə də "Paddle Europe" (Avropa Kanoe Assosiasiyası - PEU) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasındakı mövcud yüksək əməkdaşlıq imkanları nəzərə alınaraq tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb.

Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov imza mərasimində iştirak ediblər. Sənədə əsasən tərəflər Bakıda qurumun ofisini yaratmaqla Şərqi Avropa, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək və kanoenin inkişafı, həmçinin Sərsəng su anbarında beynəlxalq yarışların, təlim-məşq toplanışlarının təşkili sahəsində əməkdaşlıq edəcəklər.

Həmçinin gələcəkdə regionda təlim imkanlarını artıracaq infrastruktur layihələri nəzərdən keçirilə bilər. Tərəflər Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, Avropa və Asiyada kanoe idman icmaları arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdıracaq. Bu əməkdaşlıq birgə təlimlər, məşqçi və liderlik təhsili, tədbirlərdə iştirak və qarşılıqlı uyğun sahələrin inkişafını əhatə edəcək.

Əməkdaşlığın effektli koordinasiyası və şəffaf qərar qəbulu üçün tərəflər birgə idarəetmə orqanı yaradacaqlar. Bununla əlaqədar olaraq, hər iki tərəfdən bərabər sayda nümayəndədən ibarət Birgə İdarəetmə Qrupunun yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Kalafyori London daxilində yerdəyişmə edə bilər
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a qalib gəlir - YENİLƏNİR
Azərbaycan çempionatında son 7 çəkidə finalçılar məlum oldu
“Kəpəz”in akademiyası “işıqlığa çıxdı”
Premyer Liqada fevralın ən yaxşı oyunçusu bilindi
“Barselona” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
“Cəbrayıl” “Zaqatala”ya qalib gəldi
Azərbaycanda Avropa Kanoe Assosiasiyasının ofisi açıldı
Millimiz Tailandda ilk qələbəsini qazandı
“Tottenhem”in hücumçusu La Liqada çıxış edə bilər
“Quba” “Lənkəran”ı məğlub etdi
Rui Jorjenin mətbuat konfransı keçiriləcək
“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi
“Atletiko” “Mançester Siti”nin hücumçusu ilə maraqlanır
“Liverpul” “Real”ın müdafiəçisi ilə maraqlanır
“Bolqarıstana məğlubiyyət gələcək qələbələrin başlanğıcıdır”
Manzambi İngiltərə nəhənglərinin maraq dairəsindədir
Millimiz məğlubiyyətlə başladı
İki boksçumuz üçün Budva sınağı
Dembele İngiltərə Premyer Liqasını arzulayır?
1/4 finalın oyunlarına təyinatlar açıqlandı
“Qarabağ” Kuakunu Norveç klubuna satdı
Yüksək Liqada son turların tarixi açıqlandı
“Atletik” Niko Uilyamsla bağlı qərar qəbul etdi
“Lənkəran” “Quba”ya qarşı
Millinin baş məşqçisi ilə yeni müqavilə
“Real” yarımmüdafiəçisini satmağa hazırdır
Millimiz FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır
Günün oyunları – TV
“Barselona”nın yay transfer planı məlum oldu
DAHA ÇOX

Ən çox oxunanlar