Azərbaycanda bu iki federasiya birləşdirildi

Azərbaycanda bu iki federasiya birləşdirildi

"Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyi "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulub.

Bu barədə Sports.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qərar Azərbaycan Yelkən Federasiyasının ümumi yığıncağında qəbul edilib.

Nazirliyin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir həmçinin Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanovun federasiyanın inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətini yüksək dəyərləndirərək ona təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov çıxış edib, ardınca federasiyanın fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

İclasda "Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyinin "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.

Son xəbərlər
De Yonqun zədədən qayıdış tarixi açıqlandı
Menyan “Milan”a münasibəti haqda söhbət açdı
“Arsenal” argentinalı hücumçu müqabilində nəhəng xərc çəkməyə hazırdır
Günün oyunları – TV
Levandovski “Barselona”ya keçidini xatırladı
“Mançester Yunayted”in həmsahibi Karrikin işini qiymətləndirdi
Superkompüter Premyer Liqanın gələcək qalibini açıqladı
Rodri “Mançester Siti”nin iddiası ortaya qoydu
“Mançester Yunayted”də “təmizlik” işləri nəzərdə tutulub
Arteta “Arsenal”ın müstəsna cəhətini açıqladı
“Barselona”dan darmadağın
“Tuluza” və “Lill”dən səfər qələbəsi
“Milan” “Latsio”ya, “Roma” “Komo”ya uduzdu
“Ştutqart”a bir qol bəs etdi
Elmin Əliyev Avropa çempionu oldu
Azərbaycan cüdoçularından Varşavada daha iki medal
Zaretskadan Premyer Liqada bürünc medal
“Mançester Yunayted”dən növbəti qələbə
“Beşiktaş”dan inamlı qələbə
“Köln”ün hücumçusu Premyer Liqaya üz tuta bilər
Bir oyunun stadionu dəyişdirildi
Luis Enrike “Atletiko”nun hücumçusunu Parisdə görmək istəyir
“İstedadların seçimi” yarışının 2-ci turu başa çatdı
Yarımfinalçılar müəyyənləşdi
“Çelsi” “Strasbur”un yarımmüdafiəçisini istəyir
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
“Komandamızda psixoloji problemlər var” – Sxadadze
“Nyukasl” “Monako”nun yarımmüdafiəçisi ilə maraqlanır
“Avropaya getmək üçün əlimizdən gələni edirik” – Vernidub
“Tottenhem”in iki oyunçusu yeni klub axtarışına başladı
DAHA ÇOX

Ən çox oxunanlar