Azərbaycan çempionatının ilk qalibləri bəlli oldu

Azərbaycan çempionatının ilk qalibləri bəlli oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.

Sports.az xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın atletlərin mübarizə ilə başlayıb. Mükafatlar uğrunda paytaxt və bölgələri təmsil edən 80-ə yaxın idmançı yarışır.

Ölkə çempionatının açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Firdovsi Umudov federasiya rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikada idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili yarışların önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.

İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova 53 kq çəki dərəcəsində qalib olub. O iki hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib.

Türkanə Eminova 58 kq çəki dərəcəsində göstərdiyi 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci yeri tutub.

Milena Hüseynli 63 kq çəki dərəcəsində 98 kq (43kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.

Son xəbərlər
“Gəncə” “Sabah”a məğlub oldu
“Sabah”dan darmadağın, “Zirə” “Qarabağ”a qarşı - YENİLƏNİR
“Barselona” “Çelsi”nin hücumçusuna göz dikib
Ülviyyə Fətəliyevadan növbəti qələbə
Azərbaycan çempionatı başa çatdı
“Ateltiko” ulduzunu “Barselona”ya satmayacaq
Azərbaycan çempionatının ilk qalibləri bəlli oldu
Yığmamız FIBA Çempionlar Kubokunun yarımfinalında
“Real” Entso Fernandesi əldə etmək üçün tədbir görür
Azərbaycanda bu iki federasiya birləşdirildi
“Arsenal” “Leypsiq”in müdafiəçisi ilə danışıqlara başladı
“Real” “Arsenal”ın kapitanına göz dikdi
Azərbaycan millisi Monteneqro ilə üz-üzə
Daha 7 güləşçimiz AÇ-də mübarizəyə başlayır
Bu gün 19-cu turun daha iki oyunu keçiriləcək
Renatın komandası səfərdən 3 xalla qayıtdı
“İnter” müdafiəçisi ilə razılıq əldə edə bilmir
Əliyevin komandası liderlə bacarmadı
“Real”ın 5 oyunçusuna istirahət veriləcək
Vinisiusun adı ətrafında yenə şayiə dolaşır
“Latsio” baş məşqçisi ilə əməkdaşlığına xitam verə bilər
Ekitike şəxsi perspektivlləri haqda söhbət açdı
“Barselona”nın gənc ulduzu azarkeşləri sevindirdi
Günün oyunları – TV
“Çelsi” kapitanı ilə müqaviləsini yenilədi
Halandın agenti futbolçu ilə bağlı şayiəni cavabladı
Kompani yaz fasiləsinə ümid bəsləyir
Hazard VAR sistemini tənqid etdi
“İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı
“Vilyarreal” səfərdə xal itirdi
DAHA ÇOX

Ən çox oxunanlar