Digər
19-cu tur bu gün başa çatacaq

15.03.2026 | 14:20
Azərbaycan Basketbol Liqasında 19-cu tur bu gün keçiriləcək 1 oyunla başa çatacaq.
Sports.az xəbər verir ki, son qarşılaşma A qrupunda NTD "və "Şəki" komandaları arasında reallaşacaq.
Görüş Bakı İdman Sarayında, saat 17:00-da başlayacaq.
Hər iki kollektivin 20 xalı var. Turnir cədvəlində NTD beşinci, "Şəki" isə sonuncu - altıncıdır.
Turun əvvəlki matçlarında "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88), "Abşeron Lions" "Neftçi"ni (107:87), "Sabah" isə "Gəncə"ni (87:73) üstələyib.
Son xəbərlər





























